RU

Amerikalı aparıcı Trampın qələbəsi ilə bağlı canlı yayımda göz yaşı töküb

ABC-nin aparıcısı, gecənin gec saatlarında canlı yayımda iştirak edən Cimmi Kimmel ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi haqqında danışarkən göz yaşlarına boğularaq bunu “dəhşətli gecə” adlandırıb.

Editor.az bu barədə Sky News-a istinadla xəbər verir.

“Ölkə əhalisinin yarıdan çoxu törətdiyi cinayətlərə görə özünü bağışlamağı planlaşdıran cinayətkara səs verib. Hesab edirəm ki, bu seçkidə heç bir saxtakarlıq olmayıb. Trampa səs verənlər hələ nə etdiklərini dərk etmirlər”,- deyə aparıcı bildirib.

//Gülnarə Abasova, Editor.az

Избранный
23
editor.az

1Источники