RU

"Ukrayna 20 il ərzində..." - Trampın sülh planının DETALLARI SIZDI

Trampın komandası Ukrayna ilə bağlı müqavilə hazırlayır.

 

Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr qeyd edib ki, ABŞ-nin yeni seçilmiş prezidentinin komandası Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün yeni ssenarini müzakirə edir.

 

“Plana əsasən, Ukrayna 20 il ərzində NATO-ya üzv olmaqdan imtina edəcəyi təqdirdə, ABŞ indiki cəbhə xəttini dondurmaq və Kiyevi silahla təmin etmək istəyir. Eyni zamanda, cəbhə xəttinin uzunluğu boyunca hərbsizləşdirilmiş zona elan edilə bilər.  Lakin onun təhlükəsizliyini kimin təmin edəcəyi bəlli deyil”.

 

Nəşrin həmsöhbətlərindən biri Amerika qoşunlarının və ya BMT kontingentinin, o cümlədən ABŞ tərəfindən maliyyələşdirilən digər təşkilatların iştirakını istisna edib:

 

“Yeni sülh ssenarisində əsas məqam Kiyevin ən azı 20 il NATO-ya üzv olmaqdan imtina etməsi olacaq. Bunun üçün dövlətlər Ukraynanı silahla təmin edəcəklər”.

 

Qeyd edək ki, Donalq Tramp seçkiqabağı çıxışlarında tez-tez Ukraynada sülhün zəruriliyindən danışırdı. O, münaqişəyə 24 saat ərzində son qoyacağına söz vermişdi.

 

Günay  

 

 

Избранный
17
sfera.az

1Источники