RU

Milli Qəhrəmanın doğum günündə abidəsi ziyarət olundu - FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) hər zaman dövlətin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı, sərhədlərimizin toxunulmazlığı və konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı mübarizədə canını fəda edən qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulmasını diqqət mərkəzində saxlayır. 

"Unikal" xəbər verir ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri noyabrın 7-də Milli Qəhrəman Əliyev Əsgər Ələkbər oğlunun doğum günü ərəfəsində abidəsini ziyarət edib, önünə tər güllər düzüb. Milli Qəhrəman atası ilə yaxından söhbət edən icra başçısı dövlət və dövlətçiliyimizin müdafiə uğrunda canından keçən hər kəsin xatirəsinə hörmət və ehtiramın göstərilməsinin mənəvi borcumuz olduğunu vurğulayıb. 

Milli Qəhrəmanın atası Ələkbər Əliyev də öz növbəsində şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnun olduğunu, dövlət tərəfindən bütün problem və qayğılarının daim diqqətdə saxlanıldığını ifadə edib, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını vurğulayıb.

Избранный
27
unikal.az

1Источники