RU

100 min adam bir məntəqədə dayanmalıdır ki, valyutasını dəyişsin - Deputat

Bank kreditlərinin aşağı salınmasına ehtiyac var. Bunu deputat Siyavuş Novruzov deyib. 
 
"Bank kreditləri ilə bağlı verilən kreditlər orta sahibkarlıq və kiçik sahibkarlıqla məşğul olmağa imkan vermir. Kreditlərim faizi aşağı salınmalıdır, müddəti isə uzadılmalıdır. Belə olan halda iş yerləri açılacaq. Həmçinin xarici əməkdaşlıqlar olmaqla yeni bankların yaranmasına ehtiyac var", - deputat Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında qanuna münasibət bildirərkən deyib. 
 
Novruzov valyuta dəyişmə məntəqlərinin az olması probleminin də həll edilməsinin vacib olduğunu bildirib. 
 
"Ölkədə barmaqla sayıla bilər 60-70 valyuta dəyişmə məntəqəsi var. Şənbə günü isə yalnız bir məntəqədə bu mümkündür. Yaxın COP29 tədbiri olacaq. Təsəvvür edin 100 min adam düzülüb gözləməlidir ki, valyutanı dəyişə bilsin. Dünyanın hər yerində bu sistem var. Bu məntəqələrin olması həm də iş yerlərinin açılması deməkdir. Bu məsələ həllini tapmalıdır", - deputat qeyd edib. 
 
Siyavuş Novruzov təklif edib ki, banklar həmçinin aztəminatlı ailələrin övladlarının təhsil haqqları məsələsinə həssas yanaşmalıdır və onlara dəstək göstərməlidir. 
 
Gülnar Nazimqızı 
www.anews.az
Избранный
53
anews.az

1Источники