RU

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasına dair ilk iclas keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sının icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması barədə ilk iclaslar keçirilib.

Bu barədə Fins.az-a Mərkəzdən məlumat verilib.

İlk iclasda müzakirə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri ilə aparılıb.

Görüşdə Milli Strategiyanın Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün İİTKM tərəfindən əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi müzakirə edilib.

Bu istiqamətdə daha bir görüş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə  onlayn formatda davam etdirilib və müzakirələr aparılıb. İclaslarda qeyd olunan məsələlərin müzakirələri davam etdiriləcək.

Zemfira Ms
Fins.az

Избранный
8
4
fins.az

5Источники