RU

Kiçik sahibkarlar yüksək əməkhaqqı verə bilmir - RƏQƏMLƏR

Azərbaycanda muzdlu işçilərin 22,4 faizi mikro, kiçik və orta sahibkarlıq (MKO) subyektlərində çalışır.

 

Sfera.az xəbər verir ki, 2023-cü il ərzində MKO-larda işçi sayı 21 min nəfər artıb. İşçilərin daha çox hissəsi orta sahibkarlıq subyektlərində çalışır. Burada 230,6 min işçi əmək fəaliyyəti ilə məşğuldur.

 

Kiçik sahibkarlıq subyektlərində 110,3 min, mikro sahibkarlıq subyektində 49,9 min işçi olub.

 

Sahibkarlıq subyektlərindən daha yüksək əməkhaqqını da orta sahibkarlar verib.

 

Orta sahibkarlıq subyektlərində maaş orta hesabla 899,4 manat təşkil edib. Orta əməkhaqqı kiçik sahibkarlarda 643 manat, mikro sahibakrlarda 502 manatdır.

 

Müqayisə göstərir ki, sahibkarlıq subyektləri böyüdükcə həm işçi sayı artır, həm də əməkhaqqında artım baş verir.

 

Vasif

Sfera.az

Избранный
31
sfera.az

1Источники