RU

44 günlük zəfər tariximiz

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi. Xalqımıza Qələbə sevincini yaşadan qəhrəmanların təbliği gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından önəmlidir. Belə igid övladlardan biri də gizir Taleh Hüseynovdur.


Taleh Hüseynov 1994- cü il Cəllabadda dünyaya gəlib.


Xüsusi təyinatlı qüvvələrin kəşfiyyat taborunda xidmət edən Hüseynov Vətən müharibəsinin 16- ci günündə Fizulidə ağır yaralanan Taleh Hüseynov yenidən xidmətinə davam edib.


2022-ci ilin avqust ayında "Qisas" cavab əməliyyatı zamanı təkrar ağır yaralanıb.


Qazimiz “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizuli azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.


Canında, qanında qəhrəmanlıq, cəsurluq, qorxmazlıq olan bir şəcərə hər zaman xalqın hörmət və ehtiramına layiqdir. Onlar ordumuzun gücünü, qələbə əzmini öz qanları, canları bahasına sübuta yetirərək, adlarını tarixə yazıblar.


Noyabrın 8-də Azərbaycan xalqı Zəfər Gününü böyük sevinclə qeyd edəcək. 44 günlük Vətən savaşı Azərbaycan xalqının mübarizlik simvoluna çevrilib.


Tarix: 7 Noyabr 2024, 13:17   
Избранный
17
5
pravda.az

6Источники