RU

Rabitəbank “Mastercard Cross-Border” xidmətinə qoşuldu

“Rabitəbank” ASC müştərilərinin ölkəxaricinə P2P pul köçürmələrini daha rahat və sürətli etməsi üçün “Mastercard Cross-Border” xidmətinə qoşuldu.

“Mastercard Cross-Border” xidməti fiziki şəxslər arasında Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Polşa, Norveç, Sinqapur, Yaponiya, Hindistan və bu kimi bir çox ölkələrə tam, sürətli və təhlükəsiz şəkildə pul köçürmələri etməyə imkan verir. Qeyd edək ki, xidmət ən müasir təhlükəsizlik sisteminə malik “MasterCard” beynəlxalq ödəniş təşkilatının şəbəkəsi tərəfindən dəstəklənir. Xidmət sürətli və təhlükəsiz olduğu üçün beynəlxalq pul köçürmələri real vaxtda və eyni gündə gerçəkləşir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Избранный
16
10
axar.az

10Источники