İranın hava hücumundan müdafiə qüvvələri səhvən özünün F-4 qırıcısını vurub. Hadisə Kirmanşah bölgəsində qeydə alınıb.
Bizim.Media "Simorgh News" agentliyinə istinadən xəbər verir ki, hərbi təyyarə Bistun dağı yaxınlığında qəzaya uğrayıb.
Şahidlərin sözlərinə görə, hadisədən sonra təhlükəsizlik qüvvələri dərhal Bistundan Dinvara gedən yolu bağlayıb və əməliyyat üçün avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Yerli sakinlər təhlükəsizlik xidmətlərinin və hərbçilərin hadisə yerində işlədiyini təsdiqləyib, lakin təyyarə qəzasının səbəbləri və nəticələri ilə bağlı hələlik rəsmi şərh yoxdur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта