RU

"Nissan" 9 min işçini ixtisar edəcək və istehsalı azaldacaq

Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor" qlobal istehsal gücünü 20% azaldacaq, 9 min işçisini ixtisar edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd edilib ki, çətin mühitlə üzləşən şirkət performansı yaxşılaşdırmaq və bazar dəyişikliklərinə tez uyğunlaşa bilən daha çevik və möhkəm biznes yaratmaq üçün təcili tədbirlər görür.

Eyni zamanda, "Nissan" "Mitsubishi Motors"dakı payının bir hissəsini satacaq. Şirkət ümumi və inzibati xərcləri, eləcə də istehsal xərclərini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirmək niyyətindədir.

Əlavə edək ki, "Nissan" avtomobillərinin qlobal satışı bu ilin birinci yarısında 1,6% azalaraq 1,596 milyon ədəd olub.

 

Gözəl Həşimova

Избранный
32
iqtisadiyyat.az

1Источники