RU

Rəşad Mahmudov yazır-“İndi evimizin əbədi sakiniyik….”

Türkiyənin istiqlal savaşının qalibi Atatürk qeyd edirdi ki, türk tarix yaratdı, amma yazmadı. Lakin təxminən 1 əsr sonra Türk Dünyasının liderlərindən olan Prezident İlham Əliyev tarix yaza-yaza tarixləşdi. Böyük Atatürkün tarixi nailiyyətini özünəməxsus qətiyyət və cəsarətlə təkrarlayan Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə 2 əsrlik tariximizin qəhrəmanlıq səhifəsini yaratdı və elə Atatürk kimi fenomen olmağı bacardı. İmperialist dünyaya bəyan etdi ki, heç bir qüvvə xalqımızın haqqına girə bilməz. Prezident İlham Əliyev zatən diplomatik təmaslarda hər zaman bildirmişdi ki, nə işğalçı ölkə, nə də onu himayə edənlər bunu bacarmayacaqlar və bacarmadılar!
Sülh danışıqları Ermənistanın hərbi-siyasi hakimiyyətinə rəsmi Bakının verdiyi şans idi.
Amma qarşı tərəf bu şansı dəyərləndirmək əvəzinə, cəbhə boyu təxribatlara əl atdı, bu da yeni münaqişənin yaranmasına səbəb oldu. Beləliklə, Vətən müharibəsi kimi tarixə möhür vurmuş 44 günlük savaş işğalçı orduya faciə yaşatdı. Döyüşlər başlayandan qısa müddət sonra ordumuzun qarşısında duruş gətirə bilməyən erməni əsgərlərin əksəriyyəti daha döyüşmək istəmədiklərini bəyan edərək fərarilik etməyə başladılar. Əsgərlərin döyüşmək istəməməsi və hərbçilər arasında çoxsaylı ölüm halları Ermənistan hakimiyyətini silah saxlamağı bacaran hər kəsi cəbhəyə çağırmağa məcbur etdi. Ancaq bunun da ermənilər üçün heç bir səmərəsi olmadı. Azərbaycan ordusunun peşəkarlığı, qələbə ruhu qarşısında ermənilər boyun əyməyə məcbur oldular. Düşmənə vurduğumuz sarsıdıcı zərbələr “Ermənistanın yenilməz ordusu” imicini alt-üst etdi. Ən müasir texnika ilə təchiz edilmiş və planetin güclü ordularının ən yaxşı nümunələri əsasında təlim keçmiş Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında misilsiz qəhrəmanlığı dünyanın müxtəlif ölkələrində uzun müddət öyrəniləcək.
Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə məğlubiyyətə uğratdı. Ali Baş Komandanın müharibənin lap əvvəlində bəyan etdiyi “Bizi heç kim dayandıra bilməz!” fikri gələcək qələbələrimizin leytmotivinə çevrildi, bu da ordumuzun cəbhədə ancaq irəliyə doğru addımlaması ilə nəticələndi. Prezident İlham Əliyev nəinki döyüş meydanında hərbi əməliyyatlara məharətlə rəhbərlik etdi, həm də informasiya cəbhəsində və diplomatik müstəvidə ermənipərəst qüvvələrlə açıq savaşdan qalib ayrıldı və xalqımıza qələbə gətirdi. Qarabağ zəfərimizdən sonra bütün dünya anladı ki, bizimlə güc dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan artıq otuz il əvvəlki zəif ölkə deyil.
“Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm çıxışları ilə gündəmdə qalmağa can atan, küçə mitinqləri ilə hakimiyyətə gələn populist morionet gecə saatlarında qarşısıalınmaz ordumuzun Baş Komandanından imdad dilədi və ağ bayraq qaldıraraq təslimçi sənədə imza atmağa məcbur oldu. Beləliklə, düşmənin diz üstə çökdürülməsi ilə rəsmiləşən tarixi qələbədən sonra dövlətimizin və dövlət başçımzın dünya miqyasında nüfuzu daha da gücləndi. Azərbaycan regionda yeni reallıq yaratmış ölkə kimi birmənalı şəkildə qəbul olundu.
Fikir dahilərindən birinin qeyd etdiyi kimi, qaliblərin yaraları tez sağalır. Məhz bu baxımdan Qarabağ zəfəri bizə ümumxalq sevgisi bəxş etdiyi kimi bir qərinəlik ağrımıza, acımıza məlhəm, ötən əsrin sonlarında yaşadığımız faciələrə, itkilərə könül toxtaxlığı oldu. Biz canımız, qanımız bahasına qalib gəldik, biz evimizə qayıtdıq, indi evimizin əbədi sakiniyik. Bütövləşən Azərbaycanı hər birimizin evi edən Müzəffər Ali Baş Komandana hər ocaqdan dua səsləri eşidirik. Ümumxalq xoşbəxtliyi və sevgisi də elə budur!
Zəfəri yalnız xalqına dahilər yaşadır.
Zəfərimiz mübarək, dostlar!
Zəfər Günün mübarək, Vətən!

Rəşad Mahmudov,


Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini

 

Избранный
21
xalq.az

1Источники