RU

“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum keçirəcək

“ASAN xidmət” 14 noyabrda Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçirəcək.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Bildirilib ki, forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Müzakirələr həmçinin dövlət xidmətlərinin yaşıl idarəçilik və iqlim hədəflərinə transformasiyası istiqamətində qabaqcıl təcrübələrin, yeniliklərin və strategiyaların paylaşılması üçün platforma olacaq.

Forumda Azərbaycanın “ASAN xidmət” modeli kimi innovativ modellərinin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi vurğulanacaq. Həmçinin yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olacaq.

Tədbirdə ümumilikdə yeddi beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

Избранный
21
9
far.az

10Источники