RU

"Hədəfimiz ən qısa zamanda sosial rifahı yüksək olan dövlətə çevrilməkdir"

"Vətən müharibəsində əldə olunan Zəfər Qələbəsi tarixə qızıl hərflərlə yazılan şərəfli bir salnamə yazmaqla yanaşı, hər bir azərbaycanlıya möhtəşəm qələbə sevincini yaşatdı və bu gün də yaşatmaqda davam edir. Möhtərəm Prezident cənab İlham Əliyevin dediyi kimi “çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurverici günlər olmayıb".

Ölkə.Az xəbər verir ki, bunu deputat İlham Məmmədov parlamentdə çıxışı zamanı deyib.

Deputat əlavə edib ki, zəfərdən qısa zaman keçməsinə baxmayaraq, Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. "Bu şanlı tarixin yeni mərhələsi məhz Möhtərəm Prezident İlham Əliyevin adı ilə bağlıdır. Zəfərdən sonra ölkəmizdə yeni dövr başlayıb. Bütün sahələr üzrə genişmiqyaslı islahatlar davam etməkdədir. Bütün bu islahatlar siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının sosial rifahı, onun sağlamlığının qorunması və etibarlı şəkildə səhiyyəyə keyfiyyətli əlçatanlığı dayanır. Ölkədə icbari tibbi sığortanın tətbiqi də buna xidmət edir", - o qeyd edib.

O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq, icbari tibbi sığorta 4 il bundan əvvəl həm COVID-19 pandemiyası zamanı və eyni ildə başlanan 44 günlük Vətən müharibəsi zamanı öz sözünü dedi: "Səhiyyə sahəsində islahatlar cənab Prezidentin və Birinci vitse-prezidentin yürütdüyü siyasətin ana qayəsini təşkil edir. 

Bu gün Zəfər qələbəmizin simvolu olan Şuşada ilk körpə dünyaya gəldi. 30 ildən sonra Şuşada ilk toy mərasimi keçirildi. Qısa zamanda bərpa olunaraq öz yurd-yuvalarına qayıdan əhalimizin rahat və sağlam həyatını təmin etmək üçün müasir tibb müəssisələri, məktəblər tikilərək istifadəyə verilib. 

Son bir il ərzində tibb xidmətlər zərfi yenilərək tibbi xidmətlərin sayı 3315-ə çatdırılıb. Bura maliyyə tutumu yüksək və icrası mürəkkəb olan orqan transplatasiyası, bir sıra xoş xassəli şişlərin əməliyyatı, sümük, əzələ uzadılması, ürək qapaqlarının dəyişdirilməsi və sair bu kimi digər xidmətlər Azərbaycan həkimləri tərəfindən uğurla icra olunmaqdadır. 4 milyondan çox əhalimizə son bir ildə 62 milyondan çox tibbi xidmət göstərilib. 2023-2024-cü ildə 223 orqan transplantasiyasi həyata keçirilib. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası icbari tibbi sığorta hesabına həyata keçirilib. Bundan əlavə olaraq, ölkədə həkim çatışmazlığını aradan qaldırmaq və daha peşəkar həkimlərin Azərbaycan səhiyyəsinə cəlb etmək istiqamətində davamlı olaraq işlər həyata keçirilməkdədir. Bununla bağlı olaraq, xüsusi proqram qəbul edilib. Proqramın icrası nəticəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə xaricdə təhsil almış 76 həkim və mütəxəssislər dəvət edilərək işlər təmin olunub. Onlar ölkədə uğurla fəaliyyət göstərməkdədirlər. 

Bütün bunlar qeyd etdiyim kimi, Azərbaycanın əldə etdiyi Zəfər qələbəsindən sonra əldə edilən uğurlu siyasətin davamıdır. Hədəf Azərbaycanın ən qısa zamanda dünyanın güclü və sosial rifahı yüksək olan dövlətə çevrilməsidir. Əminəm ki, cənab Prezidentin liderliyi altında buna nail olacağıq və yeni-yeni uğurlara imza atacağıq. Xalqımız da yaxşı bilir ki, Azərbaycanın uğurlara ancaq Möhtərəm Prezident cənab İlham Əliyevin liderliyi altında imza atmaq olar və ona görə də onun ətrafında sıx biləşiblər. Yalnız həmrəylik və birlik nəticəsində biz qələbələrə və uğurlara imza ata bilərik", - deputat bildirib.  

Mürtəza
Ölkə.Az

Избранный
22
2
olke.az

3Источники