Bakı. Trend:
Ölkənin birinci bankı Kapital Bank Birləşmiş MillətlərTəşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Bu mövzuda 5 noyabr2024-cü il tarixində bankın İdarə Heyətinin sədri, Baş İcraçıdirektor Fərid Hüseynov və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrəölkə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
Memorandum bankın dayanıqlı inkişaf istiqamətində gördüyüişlərin beynəlxalq səviyyədə tanınmasına və bankın uzunmüddətlistrategiyasının qlobal standartlara uyğun şəkildə inkişafetdirilməsinə şərait yaradacaq. Bu haqda Fərid Hüseynov çıxışındaqeyd edib. “Kapital Bank hər zaman insan hüquqlarının müdafiəsi,əmək standarlarının qorunması, ətraf mühitin mühafizəsi vəkorrupsiyaya qarşı mübarizə prinsiplərini öz fəaliyyətində əsashesab edib. Bu gün imzaladığımız memorandumla biz bu prinsiplərəbağlı olduğumuzu rəsmi olaraq da təsdiq edirik. Bizim üçün BMT-ninQlobal Saziş şəbəkəsinə qoşulmaq yalnız bir öhdəlik deyil, həm dəgündəlik fəaliyyətimizdə yaşatdığımız dəyərləri daha damöhkəmləndirmək məqsədi daşıyır”.
Samir Məmmədov isə çıxışında Kapital Bank-ın qlobaltəşəbbüslərdə iştirakını olduqca yüksək qiymətləndirib. “KapitalBank-ın bu prosesdə liderliyi həm ölkəmizdə, həm də beynəlxalqarenada dayanıqlı və məsuliyyətli bankçılıq standartlarınıntəbliğinə böyük töhfə verəcək. Bankınız bu əməkdaşlıqla beynəlxalqdəyərlərə və məsuliyyətli iş prinsiplərinə sadiqliyini təsdiqləyir.Eyni zamanda bu addım Azərbaycan iqtisadiyyatının uzunmüddətliinkişafı üçün olduqca vacibdir”.
Yaşıl dünya naminə həmrəylik ili və COP 29 iqlim konfransıərəfəsində baş tutan bu əməkdaşlıq həm milli, həm də qlobalsəviyyədə böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bankınrəqəmsallaşma, yaşıl bankçılıq, təhsilə dəstək və sosial məsuliyyətsahələrində daha genişmiqyaslı layihələr həyata keçirməsinə imkanyaradacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildirvə Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsiilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün— https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.