RU

Tramp müharibələri dayandıra biləcək? - Əsas iki istiqamət... - AÇIQLAMA

Dünən ABŞ-da keçirilən seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 277 seçicinin dəstəyini alaraq, ABŞ-ın 47-ci prezidenti seçilib.

Bəs Trampın yenidən prezident seçilməsi Rusiya-Ukrayna və Yaxın Şərqdə davam edən müharibələrə necə təsir göstərəcək?

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.

Elxan

E.Şahinoğlu bildirib ki, “Donald Tramp birinci növbədə yanvarın 20-də and içmə mərasiminə qədər öz komandasını formalaşdırmalıdır. Əsas iki vəzifənin kimə tabe olacağı aktualdır. Bu dövlət katibi vəzifəsi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsidir. Çünki bu iki vəzifəyə təyin olunan şəxs məhz Trampın xarici və təhlükəsiz siyasətini müəyyənləşdirəcək, onun istiqamətlərini göstərəcək. Əsas iki istiqaməti var. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən döyüşlər.

Tramp daha əvvəllər də açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün planı var. Bu plan nədən ibarətdir? Bunu yəqin ki, yanvarın 20-dən sonra bilinəcək. Bu müharibəni dayandırmaq olduqca çətindir. Rusiya işğalı rəsmiləşdirmək, Ukrayna isə işğala son qoymağa çalışır. Yaxın Şərqdə də gərginlik davam edir. Burada isə Trampın mövqeyi belədir ki, o İsraili dəstəkləyir. Yaxın Şərqdə İsraili dəstəkləyirsə, İsrail düşmənlərinə zərbə endirməkdə davam edəcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
30
50
turkustan.az

10Источники