RU

Polşa artıq Ukraynaya silah vermək İSTƏMİR – Müdafiə naziri AÇIQLADI

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib ki, o, MiQ-29 döyüş təyyarələrinin yeni partiyasının Ukraynaya verilməsinə razı deyil, çünki onlar Polşa səmasını qoruyurlar.

Yenicag.az xəbər verir ki, bu barədə o , “Radio Zet”ə müsahibəsində bildirib.

Baş nazirin müavini olan müdafiə naziri Kosiniak-Kamış Polşanın Ukraynaya bacardığı qədər hərbi texnika ötürdüyünü, lakin limitin öz təhlükəsizliyi olduğunu vurğulayıb.

“Məsələn, MİQ-29 – onlar Polşa səmasında patrul edir və mən deyə bilmərəm ki, təyyarələrin təhvil verilməsi ilə razıyam”, – Polşanın müdafiə naziri bildirib.

Prezident Zelenskinin Ukraynaya yardımla bağlı son açıqlamaları haqqında suala Kosiniak-Kamış deyib ki, Varşava hökuməti Ukrayna məsələsinə marağın aradan qalxmaması üçün bütün gücü ilə çalışır.

“Əlbəttə, bu müharibədə başqa ölkələr iştirak etsəydi, onun üçün daha asan olardı, lakin Polşa münaqişə yeri deyil”, – deyə o, əlavə edib.

Xatırladaq ki, iyulda Polşanın Baş naziri Donald Tusk demişdi ki, Polşa müttəfiqləri ilə birlikdə onlara əvəzedicilər tapa bilsə, Ukraynaya əlavə Sovet modelli qırıcılar təhvil verə bilər.

Polşanın müdafiə naziri daha sonra eyni arqumentə istinad edərək, prezident Volodimir Zelenskinin MiQ-29-un Ukraynaya təhvil verilməsini sürətləndirmək çağırışlarını rədd edib. Sentyabrda Polşanın xarici işlər naziri Radoslav Sikorski isə bəyan etmişdi Varşava Ukraynaya əlavə MiQ-29 təyyarələri ötürə bilər, lakin bu, onun öz səmasını müdafiə etmək üçün kifayət qədər resursunun olub-olmamasından asılı olacaq.

Mayıl Soltanov

Избранный
43
yenicag.az

1Источники