RU

İlhamə Quliyevanın xəzləri, qızılları, brilyantları kimə qaldı?

“Bacım İlhamə Quliyeva adi bir insan idi. Hamımızın özümüzə görə evimiz, avtomobilimiz, bağımız var. Bacımın mal-mülk söhbəti bitmir ki bitmir”.

Turanpress.org OLAY-a istinadla yazır ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “Deyirdilər ki, İlhamə Quliyevanın balonlarla qızılları və brilliantları vardı. Onlar haradadır?” sualına mərhumun bacısı belə cavab verib:

“Vallah biz onları görməmişik. İlhamə xanımın çantalarla bijuteriyaları vardı. Təbii ki, qızılları da, brilyantları da vardı. Amma biz onun evinə gələndə onları görmədik”.

Aparıcının “İlhamə xanımının çoxlu xəzləri var idi. Amma o dünyasını dəyişəndə onlar evindən yoxa çıxmışdı. Bu həqiqətdir?” sözlərinə G. Quliyeva belə münasibət bildirib:

“Bacım dünyasını dəyişəndə onun evinə gəldik. Sanki evi mebel salonu idi. Evdə nəinki xəzlər, bahalı qablar da yox idi. Onların çəkilişi də var. Heç nə yox idi. İlhamənin evində cənazəsi olanda biz qonaq idik. Mən, bacım və bacım qızı. Onun evində o zaman ağalığı Əli Mirəliyev, onun qızı, bacım İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan - Bu üç nəfərin əlində idi hər şey. Evin açarları da onlarda idi. Otaqları da açıb, bağlayırdılar”.

Tolikin “Bu gün İlhamə Quliyevanın mirasından nələrsə qalıb?” sualına sənətkarın bacısı “Mən tək varis deyiləm. Biz beş nəfərik. Bacım İlhamə xanımın beş qanuni varisi var” cavabını verib.

 

 

Избранный
16
9
turanpress.com

10Источники