RU

Britaniya Qazaxıstan, Çin və Estoniya şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya Qazaxıstan, Çin, Türkiyə, Özbəkistan və Estoniya şirkətlərini Rusiyanın Ukraynadakı müharibədə  dəstəyinə görə sanksiya siyahısına əlavə edib.

Oxu24.com xəbər verir  ki, bu  barədə  Britaniya hökumətinin saytında məlumat verilib.

London Estoniyanın Virmavia şirkəti, Çin şirkətləri Jinhua Hairun Power Technology, Redlepus TSK Vektor Industrial, Chengdu Jingxin Technology, Dongguan Shengyin CNC Equipment və Sino Holdings Group, Xin Quan Electronics, Makewell Industrial Trading, Haineng Machinery və Ace-nin aktivlərini dondurmaq qərarına gəlib. 

Sanksiyaya məruz qalan Qazaxıstan şirkətləri arasında Stanex Group, Kazstanex, TawKz, Zapchasttrade, CPS Energy və Rabadaziya da var. Özbəkistanın “Uzstanex” və Türkiyənin “Inovasyon Teknoloji Sanayi Ve Ticaret Limited Sirketi” şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edilib.

Sanksiya siyahısında Rusiyanın Zenit Finance, Elesar Group və Navis dizayn bürosu da var.

Bundan əvvəl Cənubi Osetiyanın eks-prezidenti Britaniyanın sanksiyalar siyahısına salınmışdı.

Nigar

 

Избранный
23
1
oxu24.com

2Источники