RU

"ABŞ-ın Fələstin xalqına dəstək verəcəyinə ümid edirik" - Mahmud Abbas

"Münaqişənin ilkin səbəbi bütün dünyaya bəllidir, bu da qanunsuz işğal, müstəmləkəçilik, xalqın istila edilməsi və irqçi sistemdir..."
 
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Donald Trampı ABŞ prezidenti seçkilərində qələbəsi münasibətilə təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "WAFA" agentliyi məlumat verib. Məlumatı "rbc.ru" nəşri yayıb.
 
"Bizim sülhə sədaqətimiz sarsılmazdır və Sizin rəhbərliyiniz altında Birləşmiş Ştatların Fələstin xalqının qanuni istəklərinə dəstək verəcəyinə əminik", - o, Trampa müraciətində bəyan edib.
 
Mahmud Abbas Trampa uğurlar arzulayıb və ABŞ-ın yeni liderini regionda sülh və təhlükəsizlik naminə birlikdə işləyəməyə hazır olduğuna əmin edib. Abbas həmçinin vurğulayıb ki, Fələstin xalqı beynəlxalq hüquqa uyğun olaraq azadlığa, öz müqəddəratının təyin olunmasına və dövlətçiliyə can atır.
 
Bu arada isə Fələstin Muxtariyyətinin Böyük Britaniyadakı səfiri Hüsam Zomlot da Donald Trampa yanvar ayında vəzifəsinin icrasına başlamasını gözləmədən Yaxın Şərq münaqişəsinə dərhal müdaxilə etməyə çağırış edib.
 
"İndi vaxt itirmək olmaz. Biz yeni seçilmiş prezidentin yanvar ayını gözləməyəcəyini düşünürük. Əks halda bu, onun vədinə sadiq qalmayacağı demək olacaq. Bu, onun prezidentliyinin pis başlanğıcı olacaq. Çünki çoxsaylı insanlar həlak olur. Onların yaşayış üçün vasitələri məhv edilir. Ona görə də bizə dəstək indi lazımdır, bu, əsl sınaqdır", - Zomlot "Əl-Ərəbiyyə" telekanalının efirində deyib.
 
Səfir etiraf edib ki, fələstinlilərin Trampın birinci prezidentlik müddətində "təcrübəsi birmənalı olmayıb. "Prezident Tramp o zaman bizə sülh vəd edib. Lakin bizim əldə etdiklərimiz bizim qəbul edə biləcəklərimiz olmayıb".
 
O, qeyd edib ki, ABŞ fəal surətdə Fələstin dövlətçiliyinin bərqərar olmasına dəstək verməlidir.
 
"Münaqişənin ilkin səbəbi dünyada hamıya bəllidir. İlkin səbəb qanunsuz işğal, qanunsuz müstəmləkəçilik, mühasirə, xalqın istila edilməsi, Fələstin xalqına onilliklər ərzində zorla qəbul etdirilən irqçi sistemdir", - Zomlot bəyan edib.
 
"Bizim qarşılıqlı əlaqələrimiz ABŞ-ın beynəlxalq hüquqa, beynəlxalq konsensusa uyğun olan mövqeyinə əsaslanmalıdır, bu da birmənalı olaraq ABŞ-ın Fələstin dövlətinin yaradılmasını istədiyini göstərir. Əgər yeni administrasiya buna gedərsə, o zaman, əlbəttə ki, bizim timsalımızda özünə tərəfdaşlar qazanacaq", - fələstinli diplomat əlavə edib.
Избранный
32
moderator.az

1Источники