RU

Dünya dini liderləri Xankəndi və Şuşada - FOTOLAR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Xankəndi və Şuşa şəhərlərində olublar.

Trend-in bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə gəliblər. Onlar ilk olaraq Cıdır düzünə qalxaraq oradan açılan gözəl mənzərəni seyr ediblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov nümayəndə heyətinə Cıdır düzü haqqında məlumat verib.

Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib.

Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.

Избранный
29
11
aznews.az

10Источники