RU

Mərkəzi Bankın idarə heyətinə – DƏYİŞİKLİKLƏR TƏSDİQLƏNDİ - SİYAHI

Azərbaycan Mərkəzi Banının idarə heyətinə edilən dəyişikliklər təsdiqlənib.

FED.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təsliqlədiyi qərara əsasən AMB-nin idarə heyətinə yeni üzvlər təyin edilib, AMB idarə heyəti sədrinin müavini isə işdən azad edilib.

Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisin qərarına əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər:

Əli İsmayıl oğlu Əhmədov,

Toğrul Nəcəfəli oğlu Əliyev,

Vüsal Cahangir oğlu Xəlilov,

Gülər Azər qızı Paşayeva.

Milli Məclisin digər qərarı ilə uzun müddət AMB-nin rəhbərliyində çalışmış Rəşad Təmraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad edilib.

Избранный
31
fed.az

1Источники