RU

"Əl-Hilal" və "Barselona" Salah uğrunda mübarizə aparacaq

"Liverpul"un hücumçusu Məhəmməd Salah gələn yay klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “Fichajes”ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Barselona" klubları bu yay 32 yaşlı futbolçunun transferi uğrunda mübarizə aparacaq.

Misirlinin "Liverpul"la müqaviləni yeniləmədiyi halda klubların onun üçün mübarizəyə qoşulacağı qeyd edilir.

Salah 2017-ci ildən Mersisaydlılar üçün oynayır. Bu mövsüm o, bütün turnirlər daxil olmaqla 16 matçda iştirak edib, doqquz qol vurub və doqquz məhsuldar ötürmə edib. Salahın "Liverpul"la hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Избранный
19
90deqiqe.az

1Источники