RU

“Putin insanları yemir” – Peskov Harrisin Trampla bağlı sözlərinə CAVAB VERDİ

Kreml Harrisin Putinin Trampı naharda “yeyəcəyi” sözlərinə cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harrisin Rusiya prezidenti Vladimir Putinin Donald Trampı “naharda “yeyəcəyi” ilə bağlı seçkiqabağı bəyanatını şərh edib.

Peskov jurnalistlərin ABŞ vitse-prezidentinin sözlərini şərh etmək istəyinə cavab olaraq, “Putin insanları yemir” deyib.

Sentyabr ayında Harris Ukraynadakı münaqişənin həlli ilə bağlı söhbətin bir hissəsi olaraq, Putinin Trampı “naharda yeyəcəyini” söyləyib. O, bunu ABC telekanalında Trampla debatda deyib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
22
interpress.az

1Источники