RU

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

Image

Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası yaradılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün "X" hesabında qeyd edib. 

Bildirilib ki, bununla bağlı memorandum imzalanıb: "Memorandum mərkəzi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və bir çox sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqinə töhfə verəcək".

Maraqlıdır, TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurasının yaradılması Azərbaycanda bank sahəsinin inkişafına necə təsir edəcək? 

Əkrəm Həsənov: “Bu əməkdaşlıq Azərbaycan bank sahəsinə müsbət təsir edəcək”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq təşkilatlarda müəyyən ixtisaslar üzrə əməkdaşlıq yaradılır. Bu əməkdaşlıq maariflənmə, bir-birinin təcrübəsini öyrənmək baxımından əhəmiyyətlidir: “İstənilən beynəlxalq təşkilat yarananda aidiyyəti üzrə qurumlar bir-birilə əməkdaşlıq etməyə başlayır. Bu əməkdaşlıq Azərbaycanın bank sahəsinə müsbət təsir edəcək”.

Kamran Məmmədli: “Banklar Şurasının yaradılması türk ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsidir”

Iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bank strategiyasının əsas şaxələrindən biri ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir: “Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasının yaradılması əhəmiyyətlidir. Banklar Şurasının yaradılması türk ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı baxımından əhəmiyyətlidir. Bununla yanaşı digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsi, təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılması baxımından da önəmlidir. Bu əməkdaşlıq bank sektorunun inkişafına müsbət təsir edəcək”.

Günel CƏLİLOVA





Избранный
24
baki-xeber.com

1Источники