RU

CNN: Tramp miqrantların kütləvi deportasiyasına hazırlaşır

Donald Trampın müttəfiqləri və özəl sektorun bəzi nümayəndələri tədricən ABŞ-da yaşayan miqrantların genişmiqyaslı saxlanmasına və deportasiyasına hazırlaşır.

Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən bildirib.

Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti yenidən bu posta qayıtdıqdan hazırlıqların daha da güclənəcəyi gözlənilir.

İmmiqrasiya Trump-ın 2024-cü il seçki kampaniyasının təməl daşı olub. O, dəfələrlə kütləvi deportasiya vədləri verib. Ötən prezidentliyi dövründə isə daha Meksika ilə sərhəd məsələsinə köklənib.

CNN qeyd edir ki, özəl sektor kütləvi deportasiya planının necə qarşılanacağını müzakirə edib.

Trampın baş müşaviri Ceyson Miller CNN-ə deyib ki, prezidentin birinci prioriteti keçmiş administrasiyasının sərhəd siyasətini bərpa etmək və prezident Co Baydenin siyasətindən imtina etməkdir.i

Komandanın ilkin planları ilə tanış olan mənbə CNN-ə bildirib ki, ilk mərhələdə Trampın komandası cinayət törətmiş qeyri-qanuni immiqrantların deportasiyasına diqqət yetirəcək.

Zaur, BakuPost
Избранный
35
bakupost.az

1Источники