Almaniya prezidenti Frank-Valter Ştaynmayer hökumətdə qarşısıalınmaz fikir ayrılıqları olduğunu açıqlayıb. O, "Azad Demokrat Partiyası"nın üç nazirini işdən çıxarıb.
Bu barədə RBC-Ukrayna “Spiegel”ə istinadən xəbər verir.
Bu nazirlər öz postu ilə vidalaşmalı olub:
Maliyyə naziri Kristian Lindner,
Təhsil və Araşdırma naziri Bettina Stark-Vatysinger,
Ədliyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Naziri Mark Buşman.
Almaniya hökumətində kadr dəyişiklikləri dünən gecə baş verən koalisiyanın dağılmasının nəticəsidir.
QAZİLER.AZ