RU

Kürdə cəsədi axtarılan qadın görün harada tapıldı - Sağ imiş

Özünü Kür çayına atdığı ehtimal olunan Neftçalanın rayon Bankə qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının Bakı şəhərində olduğu məlum olub.

Yaxınlarının sözlərinə görə, qadın hazırda Bakıdakı sığınacaqlardan birindədir.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”  qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılıb.

Belə ki, bu hadqa iki gün öncə evdən çıxan və çayın qırağında paltarları tapılan qadının yaxınları onun üzünü çaya atdığını ehtimal edərək məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır. / Qafqazinfo

Избранный
32
9
show.az

10Источники