RU

Polşalı nazir: "Kiyevin buna haqqı yoxdur" -

"Hazırda Ukraynanın Polşadan hərbi yardımın həcmini artırmağı tələb etmək üçün heç bir əsası yoxdur, çünki Varşava Kiyevə resursların ötürülməsi üçün bütün imkanlarını tükətmişdir".

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlərə bildirib.

“Bu gün Ukrayna dövlətinin bizə şikayət etmək haqqı yoxdur, deyirlər ki, niyə növbəti təyyarələri və digər texnikanı vermirsiniz? Biz o həddə çatmışıq ki, köçürə biləcəyimiz hər şeyi artıq köçürmüşük”, - nazir mətbuat konfransında bildirib.

Kosiniyak-Kamış həmçinin qeyd edib ki, Qərb liderlərindən birinin Rusiya ilə birbaşa silahlı münaqişəyə girməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün faydalı olacaq. O vurğulayıb ki, Polşa Ukrayna münaqişəsinin tərəfi deyil, o, Kiyevə yalnız humanitar və hərbi yardım göstərir.


Müəllif: Arzu
Избранный
30
teleqraf.com

1Источники