RU

8 milyona satılan restoran hansı keçmiş məmurundur? — FOTO

Cəlilabadın keçmiş icra başçısı, hazırda həbsdə olan Namiq Zeynalova məxsus olduğu deyilən restoran bu günlərdə satılıb. 

Hurriyyet.az xəbər verir  ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Novxanıda yerləşən restoranın satın alınmasına 8 milyon manat xərclənib.

Həmin məlumata görə, söhbət Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən və böyük əraziyə malik “La Chateau” restoranından gedir. “Sevgi dolu anları özündə əks etdirən məkan” devizi ilə fəaliyyət göstərən restoranın keçmiş icra başçısı Namiq Zeynalova məxsus olduğu deyilir.

Lakin restoranın hansı səbəbdən və indi niyə satıldığı barədə konkret bilgi yoxdur.

Qeyd edək ki, həmin restoranın hansı dövlət qurumunun rəıhbərinin aldığını və “La Chateau”nu ailə üzvlərindən birinin adına rəsmiləşdirdiyi barədə məlumatımız olsa da, dəqiqləşdirmə aparmadan adını açıqlamaq istəmirik.

Mövzuya qayıdacağıq.

 

Избранный
46
16
hurriyyet.az

10Источники