RU

Ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçildi - "Sabah"ın eks baş məşqçisi

"Sabah"ınsabiq baş məşqçisi, hazırda"Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib.

Sportinfo.az xəbər verir ki, oktyabrın ən yaxşı baş məşqçisi adı uğrunda Murad Musayevlə yanaşı, 4 mütəxəssis - Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratov ("Fakel") mübarizə aparıblar.

Bu mükafata ardıcıl ikinci dəfə layiq görülən M.Musayev oktyabrda "Krasnodar"ın baş məşqçisi kimi Rusiya Premyer Liqasında üç qələbə qazanıb.

Onun komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.

14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci olan "Zenit"dən 3 xal öndədir.

Избранный
22
4
sportinfo.az

5Источники