RU

"Nissan" uçurumun astanasındadır: Minlərlə işçi çıxarılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor" şirkəti böyük miqyasda ixtisarlar barədə elan edib.
Bu barədə Oxu.Az Speedme.ru-ya istinadən xəbər verir.
Məlumata görə, şirkət 9 min işçini ixtisar etməyi və qlobal istehsal gücünü 20% azaltmağı planlaşdırır.
Bu qərar Çin kimi böyük bazarlarda yaranan davamlı çətinliklərlə bağlı verilib.
Şirkət etiraf edib ki, cari il üçün maliyyə proqnozunu yenidən nəzərdən keçirir və 70% nisbətində - 500 milyarddan 150 milyard yenə (təxminən 975 milyon dollar) qədər azaltmağı düşünür. Üçüncü rüb üçün əməliyyat gəliri cəmi 32,9 milyard yen təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 85% azdır.
"Nissan"ın baş meneceri (CEO) Makito Uçida açıqlamasında bildirib ki, bu tədbirlər çeviklik və dayanıqlılığın artırılması məqsədilə biznesin restrukturizasiyasına (yenidən qurulması) yönəlib. Uçida əmin edib ki, "Nissan" bazar mühitindəki dəyişikliklərə sürətli reaksiya verəcək və öz mövqeyinin bərpa edilməsinə çalışır.
Atılan addımların gələcəkdə şirkətin daha sabit maliyyə göstəricilərinə qayıtmasına kömək edəcəyi gözlənilir.
Избранный
81
18
oxu.az

10Источники