Oyandıqdan dərhal sonra səhər yeməyi yeyən insanlar tamamilə haqlı deyillər. Axı, əvvəlcə mədə-bağırsaq traktının "oyandığı" anı gözləmək lazımdır.
Moderator.az foodinfo.az-a istinadla xəbər verir ki, oyandığınız andan yeməyə qədər ən azı 20 dəqiqə keçməlidir.
Bu vaxt mədə-bağırsaq traktının oyanması üçün kifayətdir.Səhər yeməyindən əvvəl içilən bir stəkan ilıq su bu prosesdə çox mühüm rol oynayacaq.Əgər insan bu tövsiyəyə məhəl qoymursa və oyandıqdan cəmi 3-4 saat sonra yemək yeyirsə, səhər yeməyini qaçırmış olur.