RU

Rusiya Ukraynanı hansı sərhədlər daxilində tanıyır? - Putin

Rusiya Ukraynanın sərhədlərini hər zaman SSRİ-nin dağılmasından sonra əldə edilən razılaşma çərçivəsində tanıyıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışında deyib.

O bəyan edib ki, Rusiya Ukraynaya heç bir müdaxilə və ya təcavüzə başlamadı, əksinə, onu dayandırmağa çalışır:

“Biz harada beynəlxalq hüququ və BMT nizamnaməsini pozmuşuq? Heç yerdə, belə pozuntu yoxdur. Yox, əgər elədirsə, o zaman Ukrayna sərhədləri bizim tarixi ərazilərimiz adlandırdığımız müəyyən ərazilərdə yaşayan insanların suveren qərarları ilə əlaqəli olmalıdır. Hər şey baş verən hadisələrin dinamikasından asılıdır”.

Избранный
34
2
axar.az

3Источники