RU

1593-cü ildə inşa olunan ulduz formalı qala hər kəsi heyran edir - FOTOlar

Hollandiyanın Fort Bourtange bölgəsində 1593-cü ildə Səksən İllik Müharibə zamanı tikilmiş ulduz formalı qala görənləri heyran edir.

Milli.Az xəbər verir ki, Sessiz Uilyamın (Willem de Zwijger) əmri ilə tikilmiş bu qala Almaniya ilə İspaniyanın nəzarətində olan Qroningen şəhəri arasında yeganə əlçatan marşruta nəzarət etmək üçün strateji ərazidə yerləşir.

Qalanın unikal dizaynı hücumlara qarşı müdafiəni və görünmə qabiliyyətini artıran ulduz naxışını təşkil edən beş nöqtədən ibarətdir.

Hərbi istifadəsi başa çatdıqdan sonra qala tədricən mənzərəli bir kəndə çevrildi və bu gün 18-ci əsrdəki şöhrətini bərpa edib.

Kənddə 450 nəfər yaşayır. Çox sayda insanın məskunlaşması mühüm tarixə və əzəmətli təbiətə malik bu tikilini məhv edəcəyi üçün burada məhdud sayda əhali saxlanılır.

Xəyal Abdullayev 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
26
milli.az

1Источники