RU

Amerikada inflyasiyanı artıracaq risklər

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təklif etdiyi iqtisadi planın olduğu kimi qəbul ediləcəyi təqdirdə inflyasiyanın artacağını və iqtisadi artımın zəifləyəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "S&P Global" tərəfindən yayılan açıqlamada Trampın iqtisadi planının mümkün təsirləri ilə bağlı proqnozlar paylaşılıb.

Bildirilib ki, yeni qanunvericilik aktlarının qəbulunun mümkünlüyü Konqresin strukturundan asılı olacaq və mümkün vergi endirimlərinin iqtisadiyyatın uzunmüddətli potensialını əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir.

Açıqlamada vurğulanıb ki, əgər xərclərin azaldılması uzunmüddətli perspektivdə vergi azalmalarını tarazlaşdıra bilməsə və artım dinamikasında yüksəliş olmayacağına dair fərziyyə özünü doğrultsa, federal büdcə kəsirinin artması ehtimalı var.

Trampın tariflərin artırılması, immiqrasiya məhdudiyyətləri və korporativ vergilərin aşağı salınması kimi vədlərinə toxunan açıqlamada, “ABŞ-nin seçilmiş yeni prezidenti Trampın təklif etdiyi iqtisadi plan, olduğu kimi qəbul edilərsə, inflyasiyanı artıracaq və ümumi gəliri zəiflədəcək" deyilir.

Eyni zamanda, faiz dərəcəsinin indiki təxminlərdən yüksək olması ehtimalı olduğu qeyd edilib və ilkin reaksiya keçdikdən sonra potensial siyasət qeyri-müəyyənliklərini nəzərə alaraq qlobal maliyyə bazarının ehtiyatlı davrana biləcəyi bildirilib.

Избранный
25
cebheinfo.az

1Источники