RU

"Qalatasaray" İkardini itirdi - Futbolçu xərəkdə göz yaşları ilə meydançanı tərk etdi

Ötən gecə Avropa Liqasının ümumi mərhələsinin 4-cü turunda keçirilən "Qalatasaray" - "Tottenhem" oyununda gərgin anlar yaşanıb. Matçın sonunda "Qalatasaray"ın hücumçusu Mauro İkardi ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

Bakuinfo.net-in xarici mətbuata istinadən verdiyi məlumata görə, argentinalı futbolçunun zədəsinin ağır olması ehtimal edilir.

Hadisə "Tottenhem"in qapıçısı Freyzer Forsterlə toqquşma zamanı baş verib. Toqquşmadan sonra yerə yıxılan İkardi, dizini tutaraq ağrıdan əziyyət çəkib və matçı davam etdirə bilməyib. Təcili yardım üçün meydançaya gələn həkimlər futbolçunun vəziyyətinin ciddiliyini nəzərə alaraq, onu dərhal Mişi Batşuayi ilə əvəzləyiblər. Hücumçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray" forması ilə 11 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Matç "Qalatasaray"ın 3:2 qələbəsi ilə başa çatıb.

Избранный
39
bakuinfo.net

1Источники