RU

“Sahibkarlara dövlət dəstəyi yüksəkdir” - Sahibkar Rauf Həmidov

Xaçmaz şəhərində fəaliyyət göstərən "Şahdağ süd və ət" MMC-nin direktoru Rauf Həmidov News24.az-a müsahibəsində Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi və müəssisənin inkişafı haqqında ətraflı məlumat verib.

-    Rauf müəllim, bu gün dövlət qurumları sahibkarlara dəstəyi hansı səviyyədədir?

-    Azərbaycanda sahibkarlara dövlət dəstəyi ildən-ilə gücləndirilir. Sahibkarlar dövlətdən çox böyük dəstək alır. İqtisadiyyat Nazirliyi sahibkarların hər hansı məsələ ilə əlaqədar etdikləri bütün müraciətlərinə operativ reaksiya verir, onlara problemlərinin həllində yardım göstərir.

-     Ölkəmizdə sahibkarlar hansı güzəştlərdən yararlana bilirlər?

-    Dövlət mexanizmlərindən biri Sahibkarlığın İnkişafı Fondundan (SİF) güzəştli şərtlərlə kredit almasıdır. 2019-cu ildə 2 608 743 manatlıq layihənin maliyyələşdirilməsi məqsədilə SİF-dən ayrılan 650 min manat kredit hesabına istehsal müəssisələrini daha da təkmilləşdirərək ət kəsimi məntəqələrini yeni avadanlıqlarla təmin ediblər.

-    Burada əsasən hansı ölkələrin avadanlıqları quraşdırılıb?

-    Məntəqədə Türkiyə, Avstriya və Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb.Məntəqədə heyvanların standartlara uyğun kəsilir. Kəsdikləri heyvanların bəziləri özləri tərəfindən yetişdirilsə də, bəziləri satın alınır.



Избранный
38
news24.az

1Источники