RU

Şuşada Zəfər yürüşü keçirilib - FOTOLAR

Qələbə Günü münasibətilə yürüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, parad hərbi orkestrin müşayiəti ilə şəhərdə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirakı ilə baş tutub.

Şəhərin mərkəzindən başlayan bayram yürüşündə rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr iştirak ediblər. Yürüş Şuşa şəhərinin qala divarlarında başa çatıb.

Yada salaq ki, 2020-ci il noyabrın 8-də 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhəri erməni işğalından azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən Müharibəsinin kulminasiya nöqtəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i ölkədə Qələbə Günü kimi qeyd edilir.

Избранный
35
2
bakivaxti.az

3Источники