RU

Dünya Bankı Ukraynaya 750 milyon dollarlıq növbəti yardımı elan edib

Dünya Bankı Ukraynaya 750 milyon dollarlıq növbəti dəstək paketini elan edib.

APA-nın “UNİAN”a istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.

O əlavə edib ki, sözüge “SURGE” proqramı çərçivəsində maliyyələşdiriləcək paket ölkədə instusional islahatlara dəstək xarakteri daşıyır.

"Bu proqramın reallaşması müharibə şəraitində dövlət orqanlarının fəaliyyətinin möhkəmləndirilməsinə, eləcə də vətəndaşların dövlət xidmətləri ilə tam həcmdə təminatına imkan verəcək. Layihə çərçivəsində həyata keçirilən islahatlar ictimai investisiyaların və dövlət vəsaitlərinin idarəolunmasının effektivliyi artırılmasını hədəfləyir. Ehtiyac olduqda ayrılan vəsaitin məbləği artırıla bilər”.

Избранный
43
3
apa.az

4Источники