Sosial şəbəkələrdə yayılan "peyvəndə görə zəng edəcəklər, qətiyyən 1-i basmayın" başlıqlı dələduzluq növü həqiqəti əks etdirmir.
Musavat.com xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas sosia media hesabında yazıb. O, yazıb ki, hazırda belə bir hücum növü yoxdur və texniki cəhətdən zəng vasitəsilə smartfona müdaxilə olunmur: "Bu məlumatı yaymaq, vətəndaşlarda panika və şübhə yaratmaq, bank hesablarında olan vəsaitləri tez bir zamanda nağdlaşdırmağa sövq etmək məqsədini güdür. Vətəndaşlardan yalnız rəsmi və sahənin mütəxəssisləri tərəfindən yayılan xəbərdarlıqlara diqqət etmələrini xahiş edirik", deyə F.Pərdəşünas qeyd edib.
Nigar,
Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта