RU

Tramp dövründə Avropanı “qara günlər” gözləyir - Avropalı ekspertlər

Avropalı ekspertlər hesab edir ki, Trampın hakimiyyəti dövründə Avropa “müharibə” bölgəsi olacaq.

Ölkə.Az xəbər verir ki, bununla bağlı xəbərdarlıq Hollandiya mərkəzli investisiya bankı olan ING-nin iqtisadçıları tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Qeyd olunub ki, Trampın yenidən hakimiyyətə dönüşü ilə başda Almaniya olmaqla, Aİ bölgəsinin iqtisadiyyatına ciddi surətdə mənfi təsir edəcək. Trampın “Öncə Amerika” şüarı nəticədə Avropada yeni ticarət müharibəsi nə gəritib çıxara bilər ki, bu da bütövlükdə Avropa iqtisadiyyatına iqtisadi kabus yaşada bilər.

İqtisadçıların fikrincə, təxminən 1 trilyon dollar olan ABŞ-Avropa İttifaqı ikitərəfli ticarəti Tramp dövründə  proteksionist siyasət yürütməsi nəticəsində azalması və Amerikaya idxal məhsullarına yeni gömrük rüsumları tətbiq olunması ehtimalı böyükdür. 

Mürtəza
Ölkə.Az

Избранный
27
olke.az

1Источники