RU

Təbrizdəki konsulluğumzda Zəfər günü qeyd olunub » AzadMedia.az



Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 8 noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Zəfər gününə həsr edilimiş film nümayiş etdirilib və fotoşəkildən ibarət sərgi keçirilib.

AzadMedia.az xəbər verir ki, tədbirdə Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və baş konsuluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak edib.

Əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək 8 Noyabr - Zəfər Gününün Azərbaycan Respublikasının dövlətçilik tarixində şərəf zirvəsi, əbədiyyətə qədər qorunacaq müstəqilliyimizə qızıl hərflərlə yazılmış sarsılmaz bir tarixi olduğunu, zaman keçdikcə bu tarixin daha da nurlanaraq, xalqımızın həyat yolunu anbaan şölələndirəcəyini bildirib.

Ə.Hüseynov Zəfər Gününün müstəqil Azərbaycanın tarixində ən şərəfli günlər sırasında özünə layiqli yer tutmasının səbəbkarının qəhrəman şəhidlərimiz və qazilərimizin oduğunu söyləyib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusu şücaətini bütün dünyaya nümayiş etdirərək, onilliklər boyu xalqımızı təslimçiliyə məcbur etmək cəhdlərinini boşa çıxardığını qeyd edib.

Bu gün fəxarət və iftixarla deyə bilərik ki, bu tarixi Zəfər, ömrünü Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpasını ən böyük arzusu və həyat amalı kimi qəbul edən Ümummilli Lider Heydər Əliyevin ruhunu şad edən milli şərafət səltənətidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bütün elementləri 44 günlük vətən müharibəsində özünü bir daha təsdiqlədi. Prezident İlham Əliyevin liderliyində dövlət-xalq vəhdəti Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ona görə də, Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Bu qələbə hər bir Azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq.
AzadMedia.az
Избранный
32
1
azadmedia.az

2Источники