RU

İranda SEPAH qüvvələrinə silahlı hücum: Ölənlər və yaralılar var

İranın Sistan və Bəlucistan əyalətinin Rasək şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin avtomobillərinə silahlı hücum həyata keçirilib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, silahlı hücumda SEPAH-ın "Əl-Mehdi" Xüsusi Təyinatlı Qüvvələrinin 33-cü briqadasının üzvü Məhəmməd Rza Rüstəminejad öldürülüb.

Hücum nəticəsində bir neçə nəfər də yaralanıb.

Избранный
31
2
sitat.info

3Источники