RU

Samir Abasov və Ayxan Abbasovdan 2:2-yə şərh

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 13-cü turunda qarşılaşdıqları “Şamaxı” ilə ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, komandalar yekunda meydanı 2:2 hesablı heç-heçə ilə şərh ediblər.

Samir Abasov matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunlar keçdikcə komandadakı problemlər daha da yaxşı sezilməyə başlayır. Hara gəldiyimizi bilirik. İndiki vəziyyətdə tək çıxış yolumuz dayanmadan işləməkdir. Bu situasiyaları keçmək lazımdır. Pozitiv nəsə axtarıb, onun üstündə durmaq, yaxşılaşdırmaq lazımdır. Gənc oyunçumuz Murad Məmmədovu təbrik edirəm, yaxşı oynadı. Bu gün “Neftçi” olaraq oyunların ritminə tab gətirə bilmirik. Əsas görünən problem budur və üzərində işləyəcəyik. Xüsusilə, ikinci hissələrdə hücum etməkdə çətinlik çəkirik. Rotasiyalar edə-edə ümumi bir balans yaratmalıyıq. Burada vəziyyət yaxşı olsaydı, məşqçi dəyişilməzdi. Nələrsə yaxşı deyil ki, bu cür addımlar atılıb. Məni bura nələrdənsə şikayət etmək üçün gətirməyiblər. Şikayətim də azarkeşlər üçün maraqlı deyil. İşim vəziyyəti düzəltməkdir. Bura gəlmişəmsə, problemləri həll etməliyəm. İnsanlar bu situasiyadan çıxmağımızı istəyirlər. Vəziyyətin nə üçün bu yerə gəldiyini demək mənim üçün düzgün deyil”.

Samir Abasov gənc futbolçu Murad Məmmədovun çıxışına da qimət verib:

“Muradda həddindən artıq futbol sırtıqlığı var. Oynamaq istəyir, aqressivdir. Belələri digərlərinə nisbətən daha tez inkişaf edir. Bu, onunçün təkan olacaq. Heç nədən çəkinmir, birinci hissədə də yaxşı oynamağa çalışdı, epizodlar yaratdı. Lakin müdafiədə axsamaları var. Oynaya-oynaya artırmalıdır. İnanıram ki, heç olmasa indiki situasiyada onun kimi futbolçular qazana bilərik”.

“İlk 5 dəqiqəni çıxmaq şərit ilə, yaxşı oynadıq” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə heç-heçəni belə şərh edib:

“İlk 5 dəqiqəni çıxsaq, yaxşı oynadıq. 0:2-dən sonra geridönüş etmək çətin olur. Birinci hissədə üçüncü qolu da vura bilərdik. Fasilədən sonra rəqibin təzyiqi artıracağını bilirdik. Ümumiyyətlə heyətlə bağlı çətinliklərimiz var. Son 4-5 oyunda zədələrlə bağlı gənclərə fürsət düşüb və bundan yaxşı istifadə edirlər. Bir xal yaxşı oldu. Premyer Liqada qalmaq üçün hər xal vacibdir. “Neftçi” səfərində bir xal qazanmaq yaxşıdır.

Erkən qoldan sonra inanırdım ki, komandam ayılacaq. Bu mövsüm ikinci dəfədir, geridönüş edirik. Deməli, bacarırıq. Birinci hissənin 40 dəqiqəsində bəlkə də, mövsümün ən yaxşı oyununu oynadıq. Fasilədə komandanı ilk 5 dəqiqəyə görə tənbeh etdim. Bilirdim ki, ikinci hissədə “Neftçi” tempi artıracaq. Elə də oldu. Lakin bizim də şanslarımız var idi”.

Избранный
17
arena.az

1Источники