RU

Zəfər bayramı: Azərbaycanın şanlı qələbəsi

Siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu, News365.az-a verdiyi açıqlamalarda Zəfər Bayramının Azərbaycanın müasir tarixində mühüm bir səhifə açdığını qeyd edib. 8 Noyabr tarixinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, bu gün Azərbaycan xalqının milli qürur və qüdrət günüdür.


2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusu, Ermənistanın hərbi təxribatlarına cavab verərək torpaqlarımızı işğaldan azad etmək üçün əməliyyatlara başladı. Qısa müddət ərzində Azərbaycan Ordusu ard-arda irəliləyərək bir çox yaşayış məskənini işğaldan azad etdi və Ermənistan ordusunun gücü ilə bağlı mifi darmadağın etdi. İlk həftədə Ermənistan ordusunun təxminən 20-25%-i məhv edildi. Müdrik Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan 44 gün ərzində ərazilərini işğaldan azad etdi və noyabrın 10-da Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi.

Elşad Mirbəşir oğlu vurğulayıb ki, bu qələbə, Azərbaycan xalqının tarixində bir xalqın əzmini nümayiş etdirdi. Azərbaycan dünya hərb tarixində ilk dəfə olaraq təmassız müharibə xüsusiyyətləri ilə torpaqlarını işğaldan azad etməyi bacaran bir ölkə kimi yadda qaldı. Bu hadisədən sonra dünyanın aparıcı dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatları, müdafiə sistemlərinə yenidən baxılmasının vacibliyini vurğuladı.

Azərbaycanın Qafqaz regionunda yeni təhlükəsizlik mühiti yaratdığını bildirən Mirbəşir oğlu əlavə edib ki, Azərbaycan öz müstəqilliyini və ərazi bütövlüyünü təmin edərək regionda siyasi və iqtisadi liderliyini təsdiqlədi. "Cənubi Qafqazda hər hansı bir maraq həyata keçirmək istəyən qüvvələr Azərbaycanın mövqeyini nəzərə almalıdır," - deyə vurğuladı.


O, Zəfər Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək, gələcəkdə daha böyük uğurların əldə olunacağına inandığını bildirdi. "Bu zəfərin qazanılmasında canlarını fəda edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə uzun ömür və can sağlığı arzulayıram. Azərbaycan xalqı bundan sonra da böyük hədəflərə çatacağını əminliklə dünyaya bəyan edən qüdrətli bir xalqdır,” - deyə Mirbəşir oğlu fikirlərini tamamlayıb.


Избранный
57
news365.az

1Источники