RU

Ukraynada müdafiə nazirinin daha bir müavini işdən çıxarılıb

Ukrayna hökuməti müdafiə nazirinin müavini Aleksandr Sergeyi tutduğu vəzifədən uzaqlaşdırıb.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz “telegram” kanalında bildirib.

Sergey Aleksandr Petroviç Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, - o yazıb.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavinini işdən azad edib.

"Cebheinfo.az" 

Избранный
87
13
cebheinfo.az

10Источники