RU

Qərb Zelenskini video vəsiyyətnamə hazırlamağa çağırıb - Kuleba etiraf etdi

Qərb ölkələri müharibə başlamazdan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskini video vəsiyyətnamə hazırlamağa çağırıb və bu tələbi Xarici İşlər Nazirliyinin o zamankı rəhbəri Dmitri Kuleba vasitəsilə çatdırıblar. Eyni zamanda, nazir onun Kiyevi tərk etməyəcəyinə əmin olduğundan bu mesajı prezidentə çatdırmayıb.

Qaynarinfo xəbər verir ki, Kuleba bu barədə "Kanal 24"ə müsahibəsində danışıb.

"Mən bu mesajı prezidentə çatdırmadım, çünki sadə bir səbəb var idi - mən bilirdim ki, bizim prezident tamamilə başqa bir reallıqda yaşayır və heç yerə getməyəcək", deyə keçmiş nazir bildirib.

Kulebanın fikrincə, prezident ölkəni tərk etsəydi, Kiyev əldən gedərdi, çünki hakimlər, prokurorlar, nazirliklərin və digər dövlət qurumlarının əməkdaşları da qaçmağa başlayardı.

"Amma prezidentin qalması, qaçmağı planlaşdıran bir çox insana bir mesaj oldu. Onlar qaçsaydılar, dövlət idarəçiliyi dağılıb gedərdi. Vaxt gələcək, müharibənin ilk günlərində kimlərin və necə davrandığına dair həqiqət ortaya çıxacaq", deyə Kuleba bildirib.

O, hökumətdə Kiyevdə qalmaq və İvano-Frankovsk şəhərinə köçmək təklifi ilə iki yerə bölünmə variantının müzakirə olunduğunu qeyd edib. Lakin Kulebanın xatırlatdığına görə, Ukrayna tarixində hökumətin belə qaçışları həmişə məğlubiyyətlə nəticələnib: İlk zərbədə hakimiyyət "əşyalarını yığıb" ölkə daxilində köç edir, daha sonra isə xaricdə sürgündə mətbuat açıqlamaları verir və xatirələr yazırdı.

"Mən tam əminəm ki, prezidentin Kiyevdə qalmaq qərarı Ukrayna tarixinin bu qapalı dövrəsini qırdı... Bilirdim ki, prezident öz tarixi sələflərinə qoşulmaq niyyətində deyil, ona görə də Kiyevi tərk etmədi. Video vəsiyyətnamə ilə bağlı heç bir mesajı da ona göndərmədim. Mübarizə aparmaq lazım idi. Gecə-gündüz silah, sanksiyalar üzərində işləmək gərəkirdi, çünki bu, həqiqətən də Ukraynaya kömək edən şey idi. Digər hər şey bizi zəiflədəxəkdi. Hətta "B planı" barədə düşüncələr belə bizi zəiflədə bilərdi", deyə Kuleba vurğulayıb.
 

Избранный
66
16
hit.az

10Источники