RU

A Seriyası: “Cenoa” və “Komo”dan qollu heç-heçə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Cenoa” doğma meydanda “Komo” ilə üz-üzə gəlib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

12-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
12-ci tur
7 noyabr

Cenoa – Komo 1:1
Qollar: Volyakko, 90+2 – De Kunya, 17.

8 noyabr

23:45. Leççe – Empoli

9 noyabr

18:00. Venetsiya – Parma
21:00. Kalyari – Milan
23:45. Yuventus – Torino

10 noyabr

15:30. Atalanta – Udineze
18:00. Roma – Bolonya
18:00. Fiorentina – Verona
21:00. Montsa – Latsio
23:45. İnter – Napoli

Избранный
45
1
arena.az

3Источники