RU

“Köhnə çamadanlar” Ankarada nümayiş olundu - FOTO

Xəbər verdiyimiz kimi, 8 noyabr - Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən "Köhnə çamadanlar" filmi Türkiyədə nümayiş olundu.

Milli.Az olay-a istinadən xəbər verir ki, noyabrın 6-da "CSO Ada"- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutdu.

Nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD - Ankaralılar Dərnəyi, eləcə də  Altındağ Bələdiyyəsi, "Qazi" Universiteti, Türkiyədəki  Dünya Qadınlar Birliyi, "Çinar" Qadınlar təşkilatı, "Port Baku", "Kraton clinik" və digər təşkilatların dəstəyi ilə reallaşdı.

"Qadın, sülh, zəfər" adı altında keçirilən və ölkəmizin Qarabağ zəfərini ehtiva edən zəngin proqramlı tədbirdə türkiyəli fırça ustalarının rəsm əsərləri də sərgilənirdi. 

Tədbirin rəsmi hissəsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnlərinin səsləndirilməsi ilə başladı. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
29
23
milli.az

10Источники