RU

Azərbaycan Xalqını Parlaq Gələcəyə aparan lider!

Möhtərəm Prezident !

Cox Hörmətli Sədr!

Cənab Ali Baş Komandan !

Azərbaycan xalqı bu günlərdə​ Sizin rəhbərliyinizlə tarixinin ən şanlı-şərəfli, qürurlu, zəfərli, tam müstəqil və tarixində heç bir zaman olmadığı qədər güclü dövrünüyaşayaraq , dünya çapında öz​ layiqli yerini tutmaqdadır!

44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatları zamanı torpaqlarımız erməni işğalçılarından azad edilərkən döyüş meydanında Milli Ordumuzun göstərdiyi qəhrəmanlıq hər bir azərbaycanlı kimi bizdə də böyük ruh yüksəkliyi və fəxarət hissi oyatdı.

Uzun illər həsrətində olduğumuz torpaqları Sizin rəhbərliyinizlə şücaətli Milli Ordumuz zəfər çalaraq bizlərə ərmağan etdi.

Bu gün Sizin rəhbərliyinizlə müzəffər ordumuz yeni bir tarixi səlnamə yazaraq Azərbaycanın müstəqilliyini​ tam bərpa etdi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, bütün ərazilərində Sizin rəhbərliyinizlə üçrəngli bayrağımız dalgalanır.
Bu şanlı tarixi səlnamə qızıl hərflərlə yazılaraq yaddaşlardan silinməyəcək və gələcək nəsillərə fəxarətlə, qürurla ötürüləcəkdir!

Bu gün bu şanlı qələbəni iki​ əsrdən sonra Azərbaycan xalqına bəxş edən, itirilmiş torpaqları möhkəm siyasi iradəniz, xalqla birliyiniz, güclü ordu quruculuğu sayəsində zəfər bayraqlarının tarixi torpaqlarda dalğalanması anlarının bizlərə yaşadan, bütün dünya azərbaycanlılarına zəfər sevinci bəxş edən, güclü, ağıllı, cəsarətli, uzaqgörən, mübariz, xalqın sevimli lideri, xalqın Ali Baş Komandanı, böyük sərkərdəsi kimi dövlətçilik tariximizdə zəfər səlnaməsini bizlərə bəxş edən Azərbaycanın​ əfsanəvi xalq qəhrəmanı fatehisiniz !

Bu gün Azərbaycan xalqı Sizin bütün sahələrdə-informasiya cəbhəsində, döyüş meydanında və siyasi arenada apardığınız cəsarətli, çevik, ağıllı, uzaqgörən, məqsədyönlü və düzgün siyasətinizi dəstəkləyərək Sizinlə qürur duyur!

Cənab Ali Baş Komandan !
Bütün bu uğurlar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Sizlər tərəfindən ardıcıl, məqsədyönlü aparılan düzgün siyasətin və titanik fəaliyyətin nəticəsidir!
Bütün bu işlərdə sizinlə, daima bir yerdə olan və sizin ən yaxın silahdaşınız olan
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai-siyasi fəliyyətlərini və Sizə dəstəyini yüksək qiymətləndiririk.

Ümummilli lider Heydər Əliyevin müraciətində qeyd etdiyi kimi, "mənim yarımçıq qoyduğum işləri İlham Əliyev sona çatdıracaq!" fikirlərini öz əməli fəaliyyətinizdə prioritet tutaraq, digər sahələrdə olduğu kimi torpaqların da erməni işğalından azad edilməsi , ərazi bütövlüyümüzün tam təmin edilməsi​ işində ata nəsihətini qürurla həyata keçirdiyinizi hər kəsə sübut etdiniz.

Bu uğurlar üçün Sizlərə YAP Qubadlı rayon təşkilatı çoxminlik üzvüləri və başda rayon rəhbərliyi olmaqla bütün rayon ictimaiyyəti adından hədsiz minnətdarığımızı bildirib,
şanlı Zəfər bayramı münasibətilə Sizləri, xalqımızı və bütün dünya azərbaycanlılarını təbrik edirik !
Sizi Azərbaycan Respublikasının ömürlük Prezidenti qəbul edirik !

Biz Qubadlılar Müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlət quruluşunu qorunması​ üçün hər zaman Sizin müsəlləh əsgəriniz olmağa​ hazırıq!

Möhtərəm Prezident !
Cənab Ali Baş Komandan !
Zəfər bayramı münasibətilə bir daha Sizə, Milli Ordumuzun şəxsi heyyətinə minnətdarlığımızı bildiririk yeni yeni zəfərlər arzulayırıq !

Qazilərimizə Uca Allahdan şəfa diləyirik!

Şəhidlərimi bir daha anaraq, onlara Uca Allahdan rəhmət diləyir,​ ruhları qarşısında​ baş əyirik !

Sizin rəhbərliyinizlə Azərbaycan xalqına xoşbəxt gələcək arzulayırıq !

Qarabağ Azərbaycandır !!!

Hörmətlə,

YAP Qubadlı rayon təşkilatının sədri

Təhmasib Rüstəmov.

Избранный
40
sesqazeti.az

1Источники